Dünya çempionu: “Növbəti hədəfim Paris Paralimpiadasıdır”

“Növbəti hədəfim Paris Paralimpiadasında yaxşı çıxış etməkdir”.

Futbolpress.az xəbər verir ki, bunu Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan paraatleti Səid Nəcəfzadə deyib:

“Bu yarış mənim üçün çox yaxşı keçdi. Çox sevincliyəm. Şəxsi rekordumu yenilədim. Paralimpiya Oyunlarından əvvəl dünya çempionu olmaq yaxşı hissdir. Növbəti hədəfim Paris Paralimpiadasında yaxşı çıxış etməkdir”.

Azərbaycan təmsilçisi T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.30 metr nəticə ilə birinci olub.