İranda bu həftə bütün idman tədbirləri ləğv edilib.
Futbolpress.az xəbər verir ki, ölkənin idman nazirliyi prezident İbrahim Rəisinin ölümü ilə əlaqədar bu qərarı qəbul edib. Yarışların yeni tarixi hələ məlum deyil.
İran Prezidenti İbrahim Rəisinin də olduğu helikopteri ötən gün Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhmətinin, Təbrizin imamı Məhəmməd Əli Haşemin və onları müşayiət edən digər şəxslər vəfat edib.