“Betis” “Real”ın futbolçusunu icarəyə götürmək istəyir

“Betis” “Real”ın futbolçusu Dani Sebalyosu icarəyə götürmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflər danışıqları müsbət yöndə yekunlaşdırmaq üzrədir.

Tərəflər arasında növbəti mövsümün sonuna qədər müqavilə imzalanacaq.

27 yaşlı futbolçu bu mövsüm 26 matçda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.