“Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqard mövsümün yekunlarını şərh edib.
Futbolpress.az xəbər verir ki, o daha güclü qayıdacaqlarını qeyd edib:
“Hamımız məyusuq. Biz uzun müddət mübarizə apardıq və qələbəyə çox yaxın idik. Amma eyni zamanda, mən uşaqlarla, klubdakı hər kəslə, azarkeşlərlə fəxr edirəm. Fasilədən istifadə edib daha da güclənməliyik. Növbəti mövsüm daha güclü qayıdacağıq”.
“Arsenal” mövsümü 89 xalla ikinci pillədə başa vurub.
25 yaşlı norveçli bu mövsüm 48 matçda 12 qol və 10 ötürmə ilə yadda qalıb.