“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandasının mövsüm ərzindəki çıxışını qiymətləndirib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis yaxşı mövsüm keçirmədiyini qeyd edib:
“Mənfi və müsbət cəhətlər haqda danışa bilmərəm. Müəyyən səhvlər etdim, bu da uğursuzluqlara səbəb oldu. Futbolçularım yaxşı, mən isə pis mövsüm keçirdim”.
Madrid klubu hazırda 37 turdan sonra 73 xalla 4-cüdür.