Mbappenin qardaşı da “Real”a keçir?

PSJ-nin futbolçusu Kilian Mbappenin qardaşı Etan Mbappe açıqlama verib.

Futbolpress.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq danışıb.

Mbappe yayda “Real”a keçməyəcəyini bildirib. O, hazırda klub dəyişmək niyyətində olmadığını qeyd edib.

Etan bu mövsüm parislilərlə 10 oyunda meydana çıxıb.

Onun qardaşı Kilian Mbappe isə yayda PSJ-dən ayrılacaq. Hücumçunun adı “Real”la hallanır.