Azərbaycan Premyer Liqasında XXXV turun oyunlarını izləyən azarkeş sayı məlum olub.
Futbolpress.az xəbər verir ki, ən yüksək göstərici Masazırda qeydə alınıb. “Bank Respublika Arena”da baş tutan “Sabah” – “Sumqayıt” oyunununda 2300 tamaşaçı olub.
Azarkeş sayında ən aşağı nəticə Tovuzda olub. “Zirə”nin “Kəpəz”ə qarşı keçirdiyi səfər oyununu tribunalardan 410 azarkeş izləyib.
Premyer Liqada XXXV turun oyunlarını izləyən azarkeş sayı:
Qarabağ – Turan Tovuz 4:3 (800 tamaşaçı)
Sabah – Sumqayıt 2:0 (2300 tamaşaçı)
Səbail – Neftçi 0:3 (1000 tamaşaçı)
Kəpəz – Zirə 0:1 (410 tamaşaçı)
Qəbələ – Araz-Naxçıvan 2:0 (500 tamaşaçı).
Qeyd: Rəqəmlər oyunların rəsmi protokollarından götürülüb.