Bu gün Azərbaycan Basketbol Liqasında 3-cü yer uğrunda seriyanın 2-ci oyunu keçiriləcək.
Futbolpress.az xəbər verir ki, “Xırdalan” NTD-İNDİQO ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk görüşdə NTD-İNDİQO qalib gəlmişdi.
Xaçmaz təmsilçisi bu görüşdə qalib gələcəyi halda bürünc medallara sahib çıxacaq. “Sərhədçi” İdman Mərkəzidə keçiriləcək görüş 19:30-da başlayacaq.
Üçüncü matça ehtiyac olarsa, qarşılaşma mayın 21-də baş tutacaq.