Valverde gələcək karyerası haqda qərarını verdi

“Atletik”in baş məşqçisi Ernesto Valverde klubla yeni müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədərdir.

Onun hazırkı müqaviləsi mövsümün sonunda başa çatırdı.

Mütəxəssis bu mövsüm “Atletik”lə Kral Kubokunu qazanıb.

Komanda hazırda La Liqada 62 xalla 5-cidir.