Alkantara “Liverpul”dan ayrılacaq – rəsmi

Tiaqo Alkantara mövsümün sonunda “Liverpul”u tərk edəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi 2020-ci ildən Premyer Liqa klubuna keçib.

O, “mersisaydlılar”ın heyətində 98 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.