“Barselona”nın prezidenti Xuan Laporta Xavi ilə bağlı qərarını dəyişib.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Xavi ilə yolların ayrılmasını istəyir.
Xavi yanvarda klubdan ayrılacağını açıqlamışdı. Lakin bir neçə müddət öncə o daha bir mövsüm Kataloniya klubunda qalacağını bildirmişdi.
Mənbənin məlumatına görə Laporta Xavinin əvəzinə komandaya Hans-Diter Fliki gətirmək istəyir.