Taylandın paytaxtı Banqkokda keçirilən FIFA-nın 74-cü Konqresindən öncə UEFA-nın prezidenti Aleksander Çeferinlə AFFA-nın prezidenti Rövşən Nəcəf arasında görüş keçirilib.
Futbolpress.az xəbər verir ki, görüşdə UEFA və AFFA arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, UEFA-nın dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələr barədə fikir mübadiləsi aparılıb.
Tərəflər səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də, davam etdiriləcəyinə əminliyini ifadə ediblər.