Super Liqa klubları “Qarabağ”la danışıqlara başladı

“Qarabağ”ın futbolçusu Leandro Andrade yayda klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, “Beşiktaş” və “Fənərbağça” kabo-verdeli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “A Bola” nəşri məlumat yayıb. Türkiyə klubları Andrade üçün “Qarabağ”la danışıqlara başlayıb.

24 yaşlı futbolçu bu mövsüm 55 oyunda 13 qol vurub, 18 məhsuldar ötürmə edib. Onun “Qarabağ”la sözləşməsi 2027-ci ilin yayına kimidir.