“Yuventus”da baş məşqçi Massimiliano Alleqri ilə yollar ayrılacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Turin təmsilçisinin rəhbərliyi mövsümün sonunda mütəxəssisi istefaya göndərəcək.
“Yuventus” A Seriyasında 36 turdan sonra 67 xalla 4-cü sıradadır. Komanda Çempionlar Liqasına vəsiqəni təmin edib. “Qoca sinyora” dünən isə İtaliya Kubokunu qazanıb.