AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XXXIV turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Neftçi-2” – “Kəpəz-2” oyununun 23-cü dəqiqəsində “Kəpəz-2” komandasının 44 nömrəli futbolçusu Nihat Fərəci ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
“Neftçi-2” – “Kəpəz-2” oyununun 40-cı dəqiqəsində “Kəpəz-2” komandasının 70 nömrəli futbolçusu Nicat Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Kəpəz-2” komandası 300 manat cərimə edilir (maddə 43.3);
“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);
“Sumqayıt-2” – “Səbail-2” oyununun 87-ci dəqiqəsində “Səbail-2” komandasının 38 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Səbail-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
“Qəbələ-2” – “Sabah-2” oyununun 89-cu dəqiqəsində “Qəbələ-2” komandasının məşqçisi Elçin Rzazadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ-2” komandası 100 manat cərimə edilir (maddə 42.4);