“Mançester Yunayted” məni istəməzsə, gedə bilərəm”

“Mançester Yunayted”in futbolçusu Bruno Fernandeş açıqlama verib.

Futbolpress.az “Daily Mail”ə istinadən xəbər verir ki, yarımmüdafiəçi komandadakı taleyi haqda danışıb:

“Yayda klubdan ayrılacam? Buradayam, klubun mənə ehtiyacı var. Həmişə demişəm ki, kluba lazım olan vaxta qədər qalmaq istəyirəm. “Mançester Yunayted” məni istəməzsə, gedə bilərəm”.

Fernandeşin yayda “qırmızı şeytanlar”dan ayrılacağı iddia edilirdi.