Dünya futbol çempionatlarında mövsüm yavaş-yavaş başa çatmaq üzrədir. Legioner həyatı yaşayan azərbaycanlı futbolçular isə çıxış etdikləri komandalarda yetərincə məhsuldarlıq göstərə bilmirlər.
“FutbolPress” legioner həyatı yaşayan futbolçularımızın bu mövsümkü statistikasını təqdim edir.
Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev bu mövsüm Türkiyə Super Liqasında qeyri-stabil çıxışı ilə yadda qalıb. Belə ki, “çərçivə” qoruyucusu bu mövsüm 24 matçda 38 qol buraxıb, 5 matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb.
Super Liqada çıxış edən digər milli futbolçumuz Renat Dadaşov “Hatayspor”un heyətində 31 matçda meydana çıxıb və 6 qolla yadda qalıb.
Legionerlər arasında ən məhsuldar futbolçumuz isə Ozan Can Kökçüdür. Niderlandın “Eyndhoven” klubunda top qovan yarımmüdafiəçi 38 matçda 12 qol, 4 məhsuldar ötürmə etməyi bacarıb.
Bolqarıstanın “Arda” klubunun müdafiəçisi Cəlal Hüseynov 29 qarşılaşmada 1 dəfə rəqib qapıçısını məyus etməyi bacarıb.
Cənubi Koreyanın “Daejon Hana” komandasının üzvü Anton Krivotsyuk 9 oyunda 1 dəfə qola sevinib.
Yenicə zədədən qayıdan “Dinamo”nun futbolçusu Mahir Əmrəli 17 oyunda meydana çıxıb ki, bu qarşılaşmalarda 5 qol, 4 məhsuldar ötürmə ilə çıxış edib.
Ukraynada legioner həyatı yaşayan, “Polessya”nın yarımmüdafiəçisi Emil Musatafayev 20 oyunda 2 dəfə fərqlənməyi və 4 dəfə qol ötürməsi etməyi bacarıb.
Türkiyə I Liqa təmsilçisi “Tulzaspor”un yarımmüdafiəçisi Bəxtiyar Həsənalızadə 20 oyunda 1 dəfə fərqlənib və eyni sayda da qol ötürməsi ilə yadda qalıb.
“Ümraniyespor”un azərbaycanlı üzvü 33 oyunda 3 dəfə rəqib qapıçısını məyus edib, 2 qolun isə ötürməsinin müəllifi olub.
“Konyaspor”da çıxış edən Ramil Şeydayev 16 oyunda cəmi 1 dəfə adını tabloya yazıdırıb.
“Boluspor”da forma geyinən Vüsal İsgəndərli 14 oyunda qol hesabını aça bilməyib.
Eyni sözləri Rahil Məmmədov haqdada demək olar. “LKS Lodz” şərəfini qoruyan müdafiəçi 13 oyunda “səssiz” qalıb.
Məlik Məlikov