Azərbaycan çempionatında mövsümün rekordu

Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb.

Futbolpress.az xəbər verir ki, “Füzuli”nin futbolçusu Elvin Nəsibov bir oyunda 7 qol olub. O, II Liqanın XXV turunda fərqlənib.

Hücumçunun qolları “Kürmük Qax”la ev matçında komandasına 7:2 hesablı qələbə qazandırıb. Bu, mövsümün rekordu olsa da, ölkə çempionatları tarixində ilk belə hal deyil.

Digər turnirləri nəzərə almasaq, təkcə Premyer Liqada iki futbolçu 7 qol vurmağı bacarıb. Hər iki oyunçu buna “Kəpəz” forması ilə nail olub. Fazil Pərvərov 1993/94 mövsümündə “Avtomobilçi” ilə görüşdə (8:0) yeddi dəfə fərqlənib.

Üç il sonra – 1996/97 mövsümündə Rövşən Əhmədov “Şəmkir” üzərində 14:2 hesablı qələbədə qolların yarısını vurub.