Ronaldoya yeni müqavilə təklifi

“Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo komanda ilə müqaviləsini 2026-cı ilə qədər uzada bilər.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi futbolçunun çıxışından razıdır və onu daha bir il komandada saxlamaq istəyir.

Portuqaliyalı futbolçunun “Əl-Nəsr”lə hazırkı sözləşməsi növbəti mövsümün yayında başa çatacaq.

Hücumçu cari mövsüm 41 matçda 42 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.