“Sevilya”nın müdafiəçisi Serxio Ramos karyerasını ABŞ-də davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Qeyd olunub ki, ispan növbəti mövsüm MLS-də debüt edəcək “San Dieqo” ilə danışıqlar aparır.
Ramosun “Sevilya” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
O, bu mövsüm 34 matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.