“Atletiko”nun hücumçusu Antuan Qrizmann legioner həyatı yaşayan ən yaxşı fransız futbolçu seçilib.
Futbolpress.az xəbər verir ki, qərar Fransa Futbolçular və Məşqçilər İttifaqı tərəfindən açıqlanıb.
Qrizman artıq ikinci dəfə bu mükafata sahib çıxır.
33 yaşlı futbolçu bu mövsüm 45 oyunda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.