Mbappe “Real”a nə vaxt keçəcək? – açıqlama

PSJ-nin futbolçusu Kilian Mbappe gələcək karyerası haqda açıqlama verib.

Futbolpress.az xəbər verir ki, fransalı forvard “Real”a nə zaman keçəcəksən sualını belə cavablandırıb:

“Real”a keçidim nə vaxt açıqlanacaq? Bilmirəm, hər şeyin öz vaxtı var. Dəqiq olan PSJ-dən ayrılmağımdır. Qalanları üçün vaxt var”.

Mbappe yayda PSJ-dən ayrılacağını açıqlayıb. O, bu mövsüm Liqa 1-də 29 turda 27 qol vurub.