Azərbaycan idmançıları Əbu-Dabidə 13 medal qazandı

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “Abu Dhabi Grand Slam Prime” adlı ciu-citsu üzrə beynəlxalq turnirində Azərbaycan idmançıları 4 qızıl, 7 gümüş, 2 bürünc medal qazanıblar.

Futbolpress.az xəbər verir ki, idmançılarımızdan Orxan Mehdiyev, Dmitry Lazarev, Fərid Həsənov, Orxan İbrahimov qızıl, Müslim Ağbalayev, Nizami Zeynalov, Vüqar Eyyubov, Şirxan Xansultanov, Azər Vahabzadə, Timur Simvol, Ziya Abdullayev gümüş, Sənan Zeynalov, Zülfüqar Məmmədov isə bürünc medal qazanıblar.