Mayın 7-dən 12-dək Bakı şəhərində AFFA tərəfindən UEFA-nın Elit-məşq layihəsinin regionlarda fəaliyyət göstərən məşqçiləri üçün seminar keçirilib.
Futbolpress.az xəbər verir ki, milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan seminara Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov başçılıq edib.
Sloveniya millisinin sabiq futbolçusu Milenko Açimoviç ilk iki gündə UEFA nümayəndəsi kimi təlim-məşq toplanışında iştirak edib.
O, layihənin rəhbəri Yunis Hüseynovla birlikdə regionlardan gələn məşqçilərlə Azərbaycan futbolunun gələcək inkişafı haqqında müzakirə aparıb. M.Açimoviç UEFA-nın gələcəkdə Azərbaycanda keçirilən Elit-məşq layihəsinə dəstək verməkdə davam edəcəyini bildirib.
Elit-məşqin son günündə layihədə iştirak edən futbolçular arasında ikitərəfli oyun keçirilib.