PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-də çempion olmaları haqda danışıb.
Futbolpress.az xəbər verir ki, “Marca”ya açıqlama verən mütəxəssis Fransanın ən yaxşı komandası olduqlarını deyib:
“Şübhə yoxdur, çempionluğa layiq idik. Fransanın ən yaxşı komandasıyıq. Bəzi matçlarda məğlub olduq və buna qəzəblənirik. Azarkeşlərin bizi fitə basmağı normaldır”.
PSJ Liqa 1-in 33-cü turunda “Tuluza”ya azarkeşləri önündə məğlub olub – 1:3.