Azərbaycan Premyer Liqasında XXXIV turun oyunlarını izləyən azarkeş sayı məlum olub.
Futbolpress.az xəbər verir ki, ən çox fanat Sumqayıtda qeydə alınıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan “Sumqayıt” – “Səbail” görüşünü tribunalardan 3500 tamaşaçı izləyib.
Ən aşağı göstərici isə Mərdəkanda qeydə alınıb. “Araz-Naxçıvan”ın “Turan Tovuz”la oyununu 250 tamaşaçı stadiondan izləyib.
Premyer Liqada XXXIV turun oyunlarını izləyən azarkeş sayı:
Neftçi – Kəpəz 5:1 (600 tamaşaçı)
Araz-Naxçıvan – Turan Tovuz (250 tamaşaçı)
Zirə – Qarabağ (1200 tamaşaçı)
Qəbələ – Sabah (800 tamaşaçı)
Sumqayıt – Səbail (3500 tamaşaçı)