Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Futbolpress.az xəbər verir ki, toplantı saat 15:00-da başlayacaq.
İclasın gündəliyinə daxil olan məsələlər bunlardır:
1. AFFA-nın inkişafı strategiyasının müzakirəsi
– İnkişaf hədəflərinin müəyyən olunması
– Strategiyanın yazılması
2. Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının müzakirəsi
3. Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin müzakirəsi
4. 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsi.