Şahruddin 6 qola məyus oldu, Dadaşov “Hatayspor”a qələbə qazandırdı

Bu gün Türkiyə Super Liqasında XXXVI turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, lider “Qalatasaray” səfərdə “Karagümrük”ü, ikinci “Fənərbağça” isə evdə “Kayserispor”u məğlub edib.

Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” azarkeşləri önündə “Qaziantep”ə böyük hesabla uduzub.

Yığmanın digər futbolçusu Renat Dadaşovlu “Hatayspor” “Ankaragücü”nü məğlub edib. Dadaşov 88-ci dəqiqədə meydana daxil olub və 90-cı dəqiqədə qələbə qolunu vurub.

Türkiyə Super Liqası
XXXVI tur

12 may

Adana Demirspor – Qaziantep 1:6
Qollar: S.Mendosa, 31 – D.Draqus, 11, 77, L.Markoviç, 32, P.Dilobodji, 45+7, M.Eskihellac, 67

Alanyaspor – Beşiktaş 1:1
Qollar: Koka, 79 – C.Muleka, 61

Fənərbağça – Kayserispor 3:0
Qollar: M.Batşuayi, 18, A.Ciku, 43, Ç.Söyüncü, 59

Hatayspor – Ankaragücü 2:1
Qollar: G.Sağlam, 71, R.Dadaşov, 90 – F.Maçeda, 85

Karagümrük – Qalatasaray 2:3
Qollar: R.Mendes, 34, Markao, 83 – A.B.Yılmaz, 45+4, D.Mertens, 70, B.Kutlu, 90

Kasımpaşa – Antalyaspor 3:1
Qollar: C.Nqoy, 16, Da Kosta, 37, H.Hayradinoviç, 82 (pen.) – A.Gerxali, 90+1

Konyaspor – Samsunspor 3:0
Qollar: S.Nzonzi, 21, Gilerme, 28, S.Çikalleşi, 38

Pendikspor – Rizespor 2:1
Qollar: M.Tiam, 65, U.Nayır, 74 – J.Şelvi, 44

Sivasspor – Başakşəhər 0:1
Qol: Davidson, 29

Trabzonspor – İstanbulspor 3:0
Qollar: P.Onauçu, 6, 7, T.Mönye, 49