Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Futbolpress.az xəbər verir ki , 35 yaşlı idmançı Türkiyənin İstanbul şəhərində lisenziya uğrunda görüşdə italiyalı Emmanuela Liuççi ilə qarşılaşıb. Rəqibini məğlub edən (10:0) M.Stadnik Paris-2024-ə vəsiqə əldə edib.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü – Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) yarışın ilk günündə lisenziyaya sahib çıxıblar.