Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçirilib.
İkinci pillə uğrunda mübarizə aparan “Sabah” elitanın sonuncusu “Qəbələ”nin qonağı olub. Matç autsayderin qələbəsiylə başa çatıb.
Günün və turun son oyununda isə “Sumqayıt” “Səbail”i məğlub edib.
Azərbaycan Premyer Liqası
XXXIV tur
12 may
17:00 Qəbələ – Sabah 2:0
Qollar: Əyyub Allaş, 33, K.Bauk, 45+2
Qırmızı vərəqə: D.Volkov(Sabah)
Baş hakim: Elçin Məsiyev
Qəbələ şəhər stadionu
19:30 Sumqayıt – Səbail 2:1
Qollar: Kasimir Ninqa, 41 (pen.), 45 – Aleksandr Ramalinqom, 90+4
Baş hakim: Rəvan Həmzəzadə
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu