Bekhem tarixin ən yaxşı futbolçusunu açıqladı

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem futbol tarixinin ən yaxşı oyunçusunu açıqlayıb.

Futbolpress.az xəbər verir ki, “İnter Mayami”nin sahibi olan funksioner komandanın hücumçusu Lionel Messini fərqləndirib:

“Tarixin ən yaxşı futbolçusu? Hər kəsin öz fikri var. Çox futbolçular oynayıb, əla performansları olub, ancaq fikrimcə, Messi ideal oyunçudur”.

Messi “İnter Mayami”də 24 oyunda 22 qol vurub, 11 məhsuldar ötürmə edib.