Mbappe üçün vida vaxtı

PSJ mövsümün sonunda komandadan ayrılacağını açıqlayan Kilian Mbappe ilə vida mərasimi keçirəcək.

Futbolpress.az xəbər verir ki, klubun prezidenti Nasser Əl Xəlaifi 25 yaşlı hücumçu ilə danışıb və ondan necə tədbir istədiyini öyrənib.

PSJ sabah doğma arenası “Park de Prens”də Liqa 1-in 33-cü turunda “Tuluza” ilə qarşılaşacaq. Bu, Mbappenin bu arenadakı son görüşü olacaq.