“Bavariya”nın futbolçusu Serj Qnabri mövsümün qalan hissəsini buraxacaq.
Futbolpress.az xəbər verir ki, hücumçu Çempionlar Liqasında mayın 8-də “Real”la yarımfinalın cavab oyununda (1:2) zədələnib.
Almaniya millisinin də üzvü olan Qnabrinin Avro-2024-ü buraxmaq təhlükəsi var. Çempionat iyunun 14-dən iyulun 14-nə kimi keçiriləcək.