“Borussiya”nın futbolçusu Marko Roys karyerasını ABŞ-də davam etdirə bilər.
Futbolpress.az “The Athletic”ə xəbər verir ki, “İnter Mayami”dən sonra “Sent-Luis Siti” də yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Mənbə qeyd edir ki, tərəflər arasında danışıqlar başlayıb.
Roys mövsümün sonunda “Borussiya”dan ayrılacaq.
34 yaşlı alman bu mövsüm 39 oyunda 8 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.