PSJ-nin baş məşqçisi Luis Enrike növbəti mövsüm komandada qalacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Qeyd olunub ki, rəhbərlik mütəxəssisin işindən razıdır və onu növbəti mövsüm də Paris təmsilçisinin “sükanı” arxasında saxlayacaq.
Həmçinin bildirilib ki, Enrikenin qarşısına gələn il Çempionlar Liqasını qazanmaq tələbi qoyulub.