“Bavariya”nın baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasında “Real”a məğlub olduqları görüşdən sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, alman mütəxəssis 1:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“Kədərli gün oldu. Toparlanmağımız üçün vaxt lazım olacaq. Meydanda bütün gücümüzü qoyduq, ancaq olmadı. Bunu qəbul etməliyik, çətin olsa da…
Qolumuzun sayılmaması fəlakət qərar idi. Epizod sona qədər davam etməli idi. Yan xətt hakimi bir səhv etdi, əsas referi də davamını gətirdi. Bu, qaydaların pozulmasıdır”.