“Bavariya”nın baş məşqçisi Tomas Tuxel Premyer Liqaya potensial qayıdışı ilə bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “Çelsi”yə simpatiya bəslədiyini qeyd edib:
“Premyer Liqaya qayıtmağımla bağlı nəsə deməyəcəm. Lakin sirr deyil ki, “Çelsi”yə böyük simpatiyam var. “Çelsi” bəyəndiyim komandadır. Orada çalışmağı istisna etmirəm”.
Mütəxəssisin mövsümün sonunda “Bavariya”dan ayrılacağı gözlənilir.