Dortmund “Borussiya”sından ayrılacağını açıqlayan Marko Roys gələcək karyerası haqda qərarını verib.
Futbolpress.az xəbər verir ki, alman yarımmüdafiəçinin yeni ünvanı ABŞ olacaq. Roys MLS təmsilçiləri ilə danışıqlar aparır.
2013-cü ildən “Borussiya”da çıxış edən Roys mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.