Almaniya mətbuatı Türkiyə yığmasının sabiq çalışdırıcısı Ştefan Kuntsun Azərbaycan yığmasında baş məşqçi postuna namizədlər arasında olduğunu iddia edib. Xəbərdə mütəxəssisin AFFA ilə danışıqlar apardığı bildirilib.
AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli “FutbolPress“ə açıqlamasında yığmanın baş məşqçi məsələsində son durumdan danışdı:
“Milli komandanın baş məşqçi postuna bir neçə namizəd var və onlarla danışıqlar davam etdirilir. Sadəcə məsələ konfedensial olduğu üçün ad çəkə bilmərik. Yaxın vaxtlarda AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və həmin toplantıda Azərbaycan milli komandasının baş məşqçi postuna təyinatla bağlı müzakirələr aparılacaq”.
Şahin Cəfərov