“Kəpəz” Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində “Sumqayıt”la heç-heçə etdi – 1:1.
Gəncə təmsilçisinin yarımmüdafiəçisi Şakir Seyidov “FutbolPress”ə açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:
“Sumqayıt”la oyunun çətin keçəcəyi əvvəlcədən məlum idi. Yaxşı oyun oldu. Meydançada futbol adına hər şey var idi. Qol, qırmızı vərəqə və s. Sadəcə bir məqamı qeyd etmək istəyirəm ki, “Sumqayıt”ın qolu zamanı onların oyunçuları yerdə qalmışdı, bizim futbolçular topu saxlamışdı, daha sonra rəqibin dayanmayıb, həmlə edib qol vurdu. Belə qol vurmaları düzgün deyil”.
23 yaşlı futbolçu növbəti turda “Neftçi” ilə qarşılaşma barədə də fikirlərini bildirdi:
“Hər bir oyuna olduğ kimi bu matça da hazırlıqları yaxşı keçib, xal və xallar qazanmaq istəyik. Çətin oyun olacağını bilirik. Rəqibə də qələbə vacibdir. Nəticəni əvvəlcədən demək olmaz. Hər şeyə meydançada aydınlıq gələcək”.
Müqavilə əsasında “Sabah”a məxsus olan futbolçunun “Kəpəz”lə sözləşməsinin müddəti mövsümün sonunda başa çatacaq. Seyidov gələcəyi haqda da danışdı:
“Hazırda necə olacağını bilmirəm. Mənim “Sabah”la müqaviləm var. Ora dönməliyəm. Lakin nəyin necə olacağını qarşıdakı oyunlardan sonra biləcəyik. Hazırda növbəti 3 turdakı oyunlara köklənmişəm”.
Məlik Məlikov