Almaniyalı mütəxəssis Azərbaycan millisini çalışdıra bilər

Türkiyə millisinin sabiq baş məşçisi Ştefan Kunts Azərbaycan yığmasına rəhbərlik edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərdə AFFA-nın mütəxəssisin xidmətində maraqlı olduğu bildirilib.

Kunts 2021-2023-cü illərdə Türkiyə yığmasına rəhbərlik edib. O, daha əvvəl Almaniyanın əsas və U-21 komandasında işləyib. Mütəxəssis ötən ilin sentyabrından işsizdir.