Cənubi Koreya çempionatında XI turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun formasını geyindiyi “Tecon Xana Sitizen” də növbəti oyuna çıxıb. Sözügedən komanda səfərdə “Qvanqyu”ya uduzub – 1:2.
Anton bu görüşdə start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Müdafiəçi 15-ci dəqiqədə komandasının yeganə qolunun müəllifi olub.
“Tecon Xana Sitizen” 11 turdan sonra 10 xalla 11-ci sıradadır.