Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/2 final mərhələsinin oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 4 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mübarizə aparır.
Turnirə mayın 9-da yekun vurulacaq. Bakı Tennis Akademiyasında keçiriləcək final oyununda “Günəşli” və “Aşağı Güzdək” komandaları qarşılaşacaqlar. Üçüncü yer uğrunda görüş isə “Biləcəri” və “Mərdəkan” komandaları arasında baş tutacaq.