PSJ yarımmüdafiəçisi Vitinya ilə müqaviləni uzatmaq niyyətindədir.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı futbolçu üçün yeni müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulacaq.
Komandanın baş məşqçisi Luis Enrike onu sərəncamında uzun müddət görmək istəyir.
Vitinyanın hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.
O, bu mövsüm 43 matçda 9 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.