“Fənərbağça”nın futbolçusu Cengiz Ünder karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Frozinone” 26 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Cengiz daha əvvəl 2017-2020-ci illərdə bu ölkədə “Roma”nın formasını geyinib.
Türkiyəli futbolçu bu mövsüm 31 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.