“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Bavariya”nın hazırkı vəziyyətindən bəhs edib.
Futbolpress.az xəbər verir ki, o, komandanın çətin vəziyyətdən çıxmasını arzulayıb:
“Bavariya”ya axtardıqları baş məşqçini tapmağı arzulayıram. Mən bu klubu həqiqətən sevirəm. Münxendə işlədikdə özünü çox rahat hiss edirdim. Mənim orada hələ də çoxlu dostlarım var”.
Mövsümün sonunda “Bavariya”nın hazırkı baş məşqçisi Tomas Tuxel komandadan ayrılacaq.
Xosep 2013-2016-cı illər aralığında “Bavariya”nı çalışdırıb.