Azərbaycan millisinin ikinci sınağı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci oyununu keçirəcək.
Futbolpress.az xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 13:00-da ABFF Təlim-Məşq Mərkəzində Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Turun digər görüşündə Belarus və Türkiyə komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, U-17 ilk oyununda Belarus yığmasına 1:3 hesabı ilə məğlub olub. Qazaxıstan kollektivi isə Türkiyə komandasına 0:5 hesabı ilə uduzub.