“Çelsi”dən ayrılacağını açıqlayan Tyaqo Silva karyerasını Braziliyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, müdafiəçi “Fluminense” ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Oyunçu ilə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
39 yaşlı müdafiəçi 2020-ci ildən “Çelsi”nin formasını geyinirdi. O, bu mövsüm 34 oyunda 4 qolla yadda qalıb.
Silva “Fluminense”nin yetirməsidir. O, 2006-2009-cu illərdə bu komandada çıxış edib.