Super Liqa: “Fənərbağça”ya çempionluq yolunda ağır zərbə

Türkiyə çempionatında 35-ci turun oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günü 2 qarşılaşma baş tutub. “Beşiktaş” azarkeşləri önündə “Rizespor”u məğlub edib.

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” səfərdə “İstanbulspor”a qalib gəlib.

“Trabzonspor” isə səfərdə “Samsunspor”a uduzub. “Qalatasaray” isə “Sivasspor”u darmadağın edib. “Fənərbağça” “Konyaspor”la heç-heçə edib və çempionluq yarışında ağır zərbə alıb.

Ankaragücü – Alanyaspor 1:1

Qollar: K.Anastasios, 17 – O.Aydın, 90+5.
Beşiktaş – Rizespor 3:2
Qollar: O.Kolley 7. M.Raşitsa, 65. J.Vorrall, 90+7 – İ.Olavoyin, 5. E.Topçu, 68.

4 may

İstanbulspor – Adana Demirspor 0:1
Qol: Y.Barasi, 10

Kayserispor – Karagümrük 2:2
Qollar: K.Mane, 3, A.Boa Morte, 64 – S.Fequli, 51, Markao, 60

Samsunspor – Trabzonspor 3:1
Qollar: T.Antalyaslı, 14 (pen.), Marius, 28, J.Fernandes, 36 (avtoqol) – E.Bardi, 32

5 may.
Başakşehir – Kasımpaşa 4:1
Qollar: D.Pelkas, 15. Davidson, 24. 69. O.Kemen, 86. – M. Ouanes, 47.

Qaziantep – Hatayspor 1:1
Qollar: D.Papy, 11 – G.Kilama, 15.

Qalatasaray – Sivasspor 6:1
Qollar: H.Ziyeş, 11. 60. Mertens, 38. 73, M.İkardi, 59, 85 – C.Osmanpaşa, 54.

6 may.

Antalyaspor – Pendikspor 1:2
Qollar: A.Buksa, 13 (pen.) – M.Tiam, 15, 45+6

Konyaspor – Fənərbağça 0:0