“Mançester Siti”nin futbolçusu Erlinq Haaland Premyer Liqada “Nottingem Forest”ə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, 2:0 hesabıyla bitən matçda bir qol vuran norveçli hücumçu bunları deyib:
“Nottingem Forest”in turnir cədvəlində yerini bilirdik və ağır oyun olacağı gözlənilən idi. Meydança yaxşı deyildi, amma qələbəyə ehtiyacımız olanda heç nəyə baxmalı deyilik.
Hazırda çempionluq haqda düşünmürəm. Mövsümün sonuna az qalıb və belə fikirlər bizdə təzyiq yarada bilər. Çox düşünsək, dəli ola bilərik. Hər oyundan həzz almalıyıq”.
“Mançester Siti” çempionatda 79 xalla ikinci sıradadır. “Şəhərlilər”in ehtiyatda bir oyunu var. Lider isə 80 xalla “Arsenal”dır.